суббота, 17 сентября 2011 г.

Obama Türkiyə və İsrail rejimini barışdırmaq qərarına gəlib

ABŞ prezidenti Barak Obama gələn həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşmək niyyətindədir, - “Lenta” xəbər verir.

Görüş sentyabrın 20-si, Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində keçiriləcək. Ağ Evin məlumatına görə, Amerika prezidenti Türkiyəni İsrail rejimi ilə normal əlaqələri bərpa etməyə inandırmağa çalışır.

Analoji məqsədlə Obama İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahuya da müraciət edib. Obama onunla Türkiyə ilə hazırda yaşanan böhranlı vəziyyəti müzakirə etmək və öz təkliflərini vermək niyyətindədir.

Obamanın iki tərəfi necə inandırmaq niyyətində olduğu açıqlanmır. ABŞ regionda iki strateji müttəfiqinin əlaqələrinin böhranlı vəziyyətdə olmasından narahatlığını dəfələrlə ifadə edib.

/Deyerler.Org/



Комментариев нет:

Отправить комментарий