
Polis özünü elə aparır ki, guya Badamdarda heç nə baş verməyib
Dünən axşam (21 sentyabr-red.) Səbail rayonu Badamdar qəsəbəsinin yüzlərlə qəzəblənmiş sakini faktiki olaraq əxlaqsızlıq yuvasına çevrilmiş bir neçə kafeni və restoranı az qala darmadağın edəcəkdilər.
Qəsəbə sakinləri bu obyektlərə hücum çəkərək, əxlaqsızlıq yuvaları dərhal bağlanmasa, bu obyektləri dağıdacaqları ilə hədələyiblər. Qorxuya düşmüş kafe və restoran sahibləri obyektləri bağlayaraq qaçmaq məcburiyyətində qalıblar.
Bu gün (dünən-red.) səhər saatlarından bütün obyektlər bağlıdır. “Bu əxlaqsızlıq yuvaları bir daha açılsa onları darmadağın edəcəyik”, deyə yerli sakinlərdən biri Turana bildirib.
Bu, əhalinin Bakıda əxlaqın müdafiəsi üçün keçirilən ilk aksiyasıdır. Qeyd etmək lazımdır ki, Bakıda bir çox kafelər, restoranlar, çayxana və pivəxanalar yaşayış binalarına bilavasitə yaxın ərazilərdə və hətta bu binalarda tikilib. Onlar hamısı səs-küy və əhali üçün narahatlıq mənbəyidir.
DİN-in mətbuat xidmətindən Turan agentliyinə bildiribkər ki, sakinlərin narazılığına səbəb olan kafenin sahibi Təranə Əliyeva polisə tabe olmama ittihamı ilə inzibati qaydada həbs olunub.
DİN söz verir ki, bu kimi yerlərdə mənfi halların qarşısının alınması üzrə tədbirlər davam etdiriləcək. Mətbuat xidmətinin nümayəndəsi Bakıda belə yuvaların polisin himayəsi altında olduğuna dair ittihamları təkzib edib. (Turan)
Комментариев нет:
Отправить комментарий