пятница, 23 сентября 2011 г.

İlham Əliyev Varşavada “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-30-da Varşavada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə dəvət olunub.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı üzrə direktoru Qunnar Viqand məlumat verib.
“Şərq Tərəfdaşlığı sammiti Avropa İttifaqının iştirakçı ölkələrlə münasibətlərini möhkəmləndirəcək. Azərbaycan prezidenti də sammitdə iştirak edəcək, burada Avropa İttifaqı ölkələrinin dövlət başçıları, Avropa İttifaqının rəhbərliyi, “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin rəhbərləri ilə görüşəcək”.

(musavat.com)

Комментариев нет:

Отправить комментарий