пятница, 23 сентября 2011 г.

Misir Mərdanov müavinlərinin işdən çıxarılmasına münasibət bildirdi

Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib ki, Təhsil Nazirliyində aparılan kadr islahatları təhsil sisteminin daha da inkişafına yönəlib.

“Təhsil Nazirliyində aparılan kadr islahatları çox uğurlu addımdır, bu islahatlar Azərbaycanda təhsil sisteminin daha da yaxşılaşmasına yönəlib. Əminəm ki, bu, öz bəhrəsini verəcək”, - bunu Trend-ə açıqlamasında Misir Mərdanov deyib.
Xatırladaq ki, təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifədən azad olunublar.

anspress.com

Комментариев нет:

Отправить комментарий