суббота, 17 сентября 2011 г.

Qarabağda vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı müəmmalar

Böyütmək Kiçiltmək

Çap etmək Dosta göndərmək Bookmark and Share

Qarabağda vurulmuş (qəzaya uğramış) pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır. Nə Ermənistan, nə də Azərbaycan tərəfi hadisə ilə bağlı versiyalarına tutarlı dəlillər təqdim etməyiblər (birinci halda təyyarənin Azərbaycana məxsus olduğu, ikincidə Azərbaycana məxsus olmadığı iddia olunur).


Qarabağda vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı müəmmalar

Ermənistanın versiyasına görə, Qarabağda Azərbaycan pilotsuz təyyarəsini çox müşahidə ediblər və sonda onu neytrallaşdırmağın yolunu tapıblar. Lakin yalnız təyyarənin Ermənistan HSK-nin istehsalı olan mobil sistemlə vurulduğu bildirilir. Bunun arxasında nə durduğunu demək çətindir, bəlkə də heç nə durmur. Amma, qeyd edək ki, təyyarə ilə bağlı məlumat iki gün gec yayılıb. Belə ki, ilkin olaraq Ermənistan KİV-ləri bu xəbəri sentyabrın 14-də verərək, təyyarənin “bu gün səhər” vurulduğunu bildiriblər. Lakin sonradan xəbər verilib ki, pilotsuz təyyarə ayın 12-də səhər saat 7.30-da vurulub. Niyə ermənilər iki gün susublar?

Qarabağda vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı müəmmalar

Qonşularımızın iddialarına inansaq, onların HHM-si nöqsansız işləyir və onlar Qarabağ və digər işğal olunmuş ərazilər üzərində hava məkanına əminliklə nəzarət edirlər. Belə olan halda onlar dərhal təkcə pilotsuz təyyarəni deyil, onun havaya qalxdığı yeri də müəyyən etməli idilər. Sözügedən modelin (Hermes 450) hərəkət radiusu cəmi 200 km.-dir və Qarabağda olan HHM sistemləri onu dərhal qeydə almalı idi. Buna görə ermənilərin pilotsuz təyyarənin vurulduğunu elan etməzdən əvvəl iki gün nə düşündükləri və həll etdikləri aydın deyil.

Azərbaycan tərəfin versiyasında (pilotsuz təyyarə bizim deyil) “bəs kimindir?” sualına cavabın olmaması maraq doğurur.

Təyyarənin vurulması faktını təsdiq edən Azərbaycan hərbi qurumu onun Azərbaycana haradan gəldiyi barədə suala aydın cavab verməlidir. Əks halda etiraf etməliyik ki, cəbhə xəttində naməlum uçan obyektlər uçursa, deməli Azərbaycanın HHM və HHQ havayı yerə çörək yeyirlər.

Bu təyyarənin üçüncü tərəfə (İran) məxsus olması ilə bağlı variant inandırıcı görünmür. Maşının uçuş radiosu onun Rusiya və ya Türkiyə tərəfdən uçub gələ biləcəyini ehtimal etməyə imkan vermir.

Qarabağda vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı müəmmalar

Təyyarənin digər xüsusiyyətlərinə gəlincə, o, kifayət qədər bahalıdır. Belə ki, İsrai rejiminin Elbit Systems şirkətinin istehsalı olan pilotsuz təyyarənin özünün qiyməti təxminən 2 mln. dollardır, amma o, uçuşu idarə edən yerüstü sistemlərlə birgə alınıbsa, sövdələşmə qiyməti 10 mln. dollar təşkil edir.

Hermes-in sürəti 130- 176 km/s, uçuş radiusu 200 km, uçuş müddəti 14 saat, uçuş yüksəkliyi 6100 m. təşkil edir.

Təyyarə kifayət qədər böyükdür, təyyarənin uzunluğu 6,1 metr, qanadlarının ölçüsü 10,5 metr, çəkisi 450 kiloqramdır.

Modifikasiyasından asılı olaraq təyyarə hər biri 52 və ya 70 at gücünə malik bir və ya iki mühərriklə təchiz oluna bilər.

Qarabağda vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı müəmmalar

Təyyarənin təyinatı çoxməqsədlidir: kəşfiyyat və raketlə hava zərbəsi endirmə. Ondan daha çox müşahidə, patrul fəaliyyəti və səhra şəraitində kommunikasiyalara dəstək məqsədilə istifadə olunur.

Hermes müasir materiallardan hazırlanıb ki, bu da HHM vasitələri tərəfindən aşkar edilməsini çətinləşdirir.

Avtopilot GPS qəbuledicisindən istifadə etməklə, tamamilə sərbəst rejimdə işləyir. İki naviqasiya kompüteri, iki dəst rabitə avadanlığı və s. mövcuddur. GPS uçuş və enişi avtomatik həyata keçirməyə imkan verir.

Aparat elektrooptik, infraqırmızı və lazer qurğuları, habelə real vaxt rejimində təsvirləri yerüstü idarəetmə məntəqələrinə ötürmək iqtidarında olan məlumat mübadiləsi sistemi ilə təchiz olunur.

Bəzi hallarda Hermes hərəkət edən və stasionar obyektlərə “nöqtəvi” zərbə endirilməsi üçün “hava-yer” raketləri daşıyır. Qeyd edəki ki İsrail rejiminin hərbçiləri Fələstinlilərin bir çox liderlərini məhz bu maşının vasitəsiləilə öldürüblər. (Turan)


Комментариев нет:

Отправить комментарий