
Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı birgə məlumat yayıb. Bakı şəhər Prokurorluğu ANS PRESS-ə daxi olan məlumatda bildirilir ki, Sentyabrın 16-da saat 08:00 radələrində Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, 527/21-ci məhəllə, ev 2A, mənzil 8-də yaşamış, 1942-ci il təvəllüdlü "Təfəkkür" Universitetinin prorektoru vəzifəsində işləmiş Tariyel İbrahim oğlu Əhmədovun başının arxa təpə nahiyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayiət olunan meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib.
Bakı şəhər prokurorluğu, Yasamal rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və şəhər BPİ-nin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Hazırda iş üzrə şəhər prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. (ans)
Комментариев нет:
Отправить комментарий