
Deyerler.org: Fransa hökuməti ictimai yerlərdə niqab qadağası tətbiq etməyinə baxmayaraq, niqab taxmağa israr edən bir qadın gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.(İHA) Kenza Drider adlı qadın Fransa KİV-lərinə verdiyi açıqlamasında bütün fransalı qadınların hüquqlarını müdafiə etmək üçün namizədliyini irəli sürəcəyini deyib.
Bu ilin aprel ayından Fransada ictimai yerlərdə niqablı şəkildə gəzmək qadağan olunub. Qadağanı pozan şəxsləri isə 150 avro məbləğində cərimə və digər cəzalar gözləyir. Qadınları niqab taxmağa məcbur edən şəxs isə 30 min avro məbləğində cərimə ödəməlidir. Təzyiqlə niqab geyinən qadın 18 yaşdan aşağıdırsa, bu məbləğ 60 min avrodur. Qeyd edək ki, Fransada 2 mindən çox qadın niqab taxır.
Комментариев нет:
Отправить комментарий