
Deyerler.Org: Bütün dünyanın maraqla gözlədiyi "iPHONE 5"in təqdimatının keçiriləcəyi tarix məlum olub. Etibarlılığı ilə tanınan "allthingsdigital" saytının verdiyi xəbərə görə, əgər şirkətin planlarında dəyişiklik baş verməsə, o zaman "iPHONE 5"in təqdimatı oktyabr ayının 4-də keçiriləcək. Xəbərdə deyilir ki, “Apple” şirkətinin yeni başçısı Tim Kuk deyilən vaxtda təqdimatı keçirtməyi planlaşdırır. Sayt yazır ki, bu barədə onlara məlumatı adının açıqlanmasını istəməyən “Apple”nin rəsmisi verib.
/Deyerler.Org/
/Deyerler.Org/
Комментариев нет:
Отправить комментарий