суббота, 17 сентября 2011 г.

İran prezidentinin Nyu-Yorka getməsi təsdiqləndi

İran prezidenti Mahmud Əhmədinejadın BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yollanacağı təsdiqlənib, - “Mehr” xəbər verir.

Səfər zamanı İİR prezidentini yüksək rütbəli hökumət nümayəndələri müşayiət edəcək. Əhmədinejad BMT Baş Assambleyasında nitqlə çıxış edəcək, bir sıra xarici ölkə rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda prezidentin proqramına xarici KİV-lərə müsahibə verilməsi və mətbuat konfransının keçirilməsi də daxildir.

BMT Baş Assambleyasının işi yekunlaşdıqdan sonra İran prezidenti Venesuelaya səfər edəcək və bir sıra sənədlər imzalayacaq.

Комментариев нет:

Отправить комментарий