

Son günlər paytaxtın Səbayel rayonu Neftçilər prospekti 61 ünvanında (köhnə “İnturist”in yanı) yenidən ev söküntüsü ilə bağlı dramatik günlər yaşanmaqdadır. Mart ayının əvvəlindən başlayan təzyiqlərin “məntiqi” davamı olaraq aprel ayının 30-dan bu ünvanda yaşayan 13 ailənin evi zorla əlindən alınır. Sakinlərin bildirdiyinə görə evlərinin sökülməsi ilə bağlı söküntü işlərini həyata keçirən “Azinko” şirkəti hər hansı rəsmi sənəd təqdim edə bilmir. Sakinlərdən biri, Əliyeva Aidə Əliş qızının 220 kvadrat metrlik mənzilinin bir hissəsi özünün də xəbəri olmadan uçurulmuş, bütün ev əşyaları oğurlanmışdır. Bu haqda yaranmış vəziyyətlə bağlı Deyerler.org-a açıqlamalarında evin sahibəsi Əliyeva Aida Əliş qızı bildirmişdir. A.Əliyeva bizimlə söhbətində bildirmişdir:“Mən Ankarada idim. Bura gələndə gördüm ki, evimi söküblər. “Azinko Holdinq”in işçiləri tərəfindən bütün əşyalarım oğurlanıb. Mayın 30-dan etibarən isə hər gecə saat 3-dən söküntü işlərinə başlayırlar. Prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, ombudsman Elmira Suleymanoya, baş prokuror Zakir Qaralova, DİN-i Ramil Usubova, Bakı Şəhər Prokuroru və digər aidiyyəti ünvanlara baş verənlərlə bağlı müraciət etmişik. Hələ ki, bir cavab yoxdur. Ölkədə olan 12 səfirliyə də bu haqda müraciətlər etmişik”.Ötən gecəki söküntülər zamanı A.Əliyevə xəsarət almış, söküntü işləri zamanı digər sakinin azyaşlı qızı da pilləkənlardan yıxılaraq xəsarət almışdır. Binanın digər sakini Şahverdiyeva Nuranə xanım proseslərin ötən ilin yay yayından başlandığını bildirmişdir. Onun sözlərinə görə podratçı şirkət hər kvadrat metrəyə görə çox az məbləğ təklif etdiyindən sakinlərlə şirkət arasında belə qarşıdurma yaranmışdır. “İndi belə bir vəziyyət yaratmaq istəyirlər ki, güya bizim mənzillərimiz olan buna qəzalı şəraitdədir və buna görə də sökülməldir. Bizim isə bu haqda rəsmi sənədimiz vardır ki, burada heç bir qəzalı vəziyyət yoxdur, bina yaşayış üçün yararlıdır”.Hazırda ərazidə qalan 7 ailənin heç biri ilə podratçı şirkət tərəfindən hər hansı razılaşmalar olmasa da, gecə yarıları söküntü işləri davam edir. Buna görə də sakinlər sutka boyu növbəli şəkildə evlərini qoruyurlar. Edilən müraciətlərə reaksiya verilməyəcəyi təqdirdə, sakinlər ölkə vətəndaşlığından imtina etməyi düşündüklərini bildirmişlər./Deyerler.org/
Комментариев нет:
Отправить комментарий