четверг, 26 мая 2011 г.

Rusiya, Fransa və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat veriblər


Bu gün Fransanın Dovil şəhərində keçirilən “G-8” sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat imzalayıblar.

APA-nın məlumatına görə, prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini “əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa” çağırıblar.

“Razılaşma əldə olunduqdan sonra, biz bu prinsipləri rəsmi qəbul etdiyinizi bəyan etməyə, sülh sazişinin hazırlanmasına yardım göstərməyə, beynəlxalq tərəfdaşlarımızla birlikdə onun həyata keçirilməsinə dəstək verməyə hazırıq”.

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir

Комментариев нет:

Отправить комментарий