суббота, 7 мая 2011 г.

Hacı Tale Bağırova və 4 dindara sutka verildi.

Təhsil Nazirliyinin qarşısında dindarların aksiyası zamanı polis tərəfindən saxlanılan ilahiyyatçı Hacı Tale Bağırova Nərimanov rayon Məhkəməsində iş kəsilib.

İslam-Azeri.az İnternet qəzetinə verilən məlumata görə, Hacı Tale Bağırzadə İnzibati Xətalar Məcəlləsinə əsasən 15 sutka həbs cəzasına məhkum olunub.

Bundan başqa 1 nəfər 15 sutka, 3 nəfər isə 12 sutkalıq həbs edilib.

İki nəfərin isə cərimə ilə azad olunduğu önə çəkilir.

Tural
İslam-Azeri..az



Hicab aksiyasına görə 25 nəfərin işi məhkəməyə göndərilib
Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək cəhdi ilə bağlı saxlanılanlardan 25 nəfərinin işi məhkəmələrə göndərilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, mayın 6-da Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanın pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 45 nəfər saxlanılıb. Onlardan 20 nəfərinə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 25 nəfəri barəsində isə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.

Qeyd edək ki, mayın 6-da saat 11 radələrində təxminən 150 nəfər yaxın radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədiblər.

Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərib, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib.

Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub. APA




Onlarla dindar polis bölmələrində qalır
Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz zamanı həbs edilənlərlə bağlı məlumat əldə olunub.
İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə, 4 nəfər Nəsimi rayon məhkəməsinə aparılıb, Azadxeber.az-ın məlumatına görə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində 42 nəfər, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində 15 nəfər, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsində isə 18 nəfər dindar saxlanılır.

Həbs edilən ilahiyyatçı Hacı Tale Baqirovun da yeri məlum olub. Verilən məlumata görə, hazırda o Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindədir.
Həmçinin əldə etdiyimiz məlumata görə, bir neçə nəfər saxlanıldıqdan 2, 3 və 4 saat sonra azad edilib.
Qeyd edək ki, orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq dindarların Təhsil Nazirliyi qarşısında keçirdiyi aksiya zamanı həbs edilənlərlə bağlı Nərimanov Rayon Polis İdarəsi hər hansı məlumat verməkdən imtina edib.
SalamNews-un müxbirinə məlumat almaq üçün Nərimanov Rayon Polis İdarəsinə müraciət etməyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsləhət görüb. (İslam-Azeri.az)



Hicab aksiyasını dağıdılması üçün mülkü geyimlilərdən istifadə edilib
2011-05-06 12:47

Polis bir neçə nəfərin başına dəyənəklə vurub. Ciddi xəsarət alanlar var. Verilən məlumata görə, hazırda askiya davam edir.

Aksiyaya gələn qadınların həbs edilməsinə dindarlar imkan verməyib və xanımlar ərazidən uzaqlaşıblar. Çox sayda polis qüvvəsi aksiya iştirakçılarını qruplara bölərək həbs etməyə başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, etiraz edən qadınlara qarşı da zor tətbiq olunub və onlardan da həbs edilənlər var.

Aksiya 25-30 dəqiqə davam edib. Lakin çox sayda həbs edilənlər var.

AZADxeber.az saytının xüsusi müxbiri Pərvin Zeynalovun verdiyi məlumata görə, təhsil nazirliyinin qarşısındaki etiraz aksiyasında iştirak edən ilahiyyatçı Hacı Tale Bağırov həbs edilib.

Aksiyanın dağıdılması üçün mülkü geyimlilərdən istifadə edilib.

Комментариев нет:

Отправить комментарий