
Ayətullah Məhəmmədhüseyn Təsxiri İİR-in paytaxtı Tehran şəhərində mayın 14-dən etibarən öz işinə başlayan “Ədalətli Sülh Uğrunda Terrorizm Əleyhinə Ümumdünya Alyansı” Beynəlxalq Konfransda çıxış edib. O, terroru dünyada sülhün gerçəkləşməsi üçün böyük maneə adlandırıb. Eyni zamanda alim bu konfransın keçirilməsini terrorun aradan qaldırılması üçün böyük bir addım adlandırıb. “Ədalətli Sülh Uğrunda Terrorizm Əleyhinə Ümumdünya Alyansı" konfransının hədəflərinə toxunan alim, bildirib: "Bu alyansın əsas hədəflərindən biri - ədalətli sülhün gerçəkləşməsidir. Bu hədəfin gerçəkləşməsinə böyük bir əngəl olan terrorun aradan qaldırılması yollarını bulmaq isə, alyansın digər bir hədəfidir".
Terrorizm barəsində danışan alim, bildirib: "Terrora 100-ə qədər tərif veriblər. Amma bunun ən sadə tərifi budur: "Düşmənçilik və təcavüzkarlıqla edilən və insan təhlükəsizliyi, əminiyyətini zərbə altına qoyan hər bir əməl terror hesab edilir". "Bu konfrans müsəlman insanın və təfəkkür tərzinin terrora olan münasibətinin ən gözəl nümunəsidir", - deyə Ayətullah Təsxiri qeyd edib.
/Deyerler.org/
Комментариев нет:
Отправить комментарий