среда, 15 декабря 2010 г.

Pakistanın şəhərləri məhərrəmə aid plakatlara bürünərək, matəm siması almışdır

Pakistanın dövlət adamları Əhli-Beyt (ə) davamçılarına əzadarlıq plakatları sancmağa icazə vermişdir. (abna)
Bu xəbərin ardınca Pakistanın bir çox şəhərləri Kərbəla müsibətini özündə əks etdirən palkatlarla şəhərləri matəm ab-havasına gətirmişdilər.
Lahurda yerləşən “Milləti-Cəfəriyyə” cəmiyyətinin rəhbəri Şəbir şah demişdir: “Kərbəla hadisəsini yada salan bu plakatlar insanların dözümlülüyünü gücləndirməkdə mühüm rola malikdirlər. Xüsusilə də bu ölkədə terror əməliyyatlarının davam etdiyi bir zamanda”.
Niştar şəhərinin bələdiyyə işçisi Abbas Əli bu plakatları müsbər qiymətləndirmiş və demişdir: “Onların yığışdırılması üçün heç bir səbəb yoxdur. İşçi qruplar 24 saat bu plakatlara nəzarət edir və təhqiredici hal gördükdə onları yığışdırırlar”.
Qeyd etmək lazımdır ki, dövlət bu plakatların qalmasına Məhərrəm ayının 10-cu gününə qədər icazə vermişdir.

Комментариев нет:

Отправить комментарий