
Açığı, yanaşma mənə çox qəribə gəldi. Demə bizi də vaxtilə məktəbə göndərən valideynlərimiz məsləhət gördükləri geyimləri bizim iradəmizin əksinə olaraq ediblərmiş. Deyirəm axı nə üçün əziz valideynlərim uşaqlığımda tez-tez "xətrimə dəyirdi". Hərçənd o vaxt anlamırdım, çünki bizim dönəmdə "vahid forma" kimi bir anlayış yox idi. Hərə öz istəyinə, daha doğrusu imkanına uyğun geyinirdi. Bax indi anlayıram onların mənim tərbiyəmdən tutmuş ta geyimimə qədər məsləhət və iradlarını. Buna əminliyim var ki, hər bir valideyn millətindən, dinindən və əqidəsindən asılı olmayaraq öz övladı üçün ən yaxşısını seçir. İstər tərbiyəsində, istərsə də geyimində.

Məktəbli formasının nə üçün tətbiq olunmasından danışmıram. Çünki bu artıq hər birimizin əvəzindən düşünülüb. Məlum olan - təhsil nazirliyi tərəfindən. Əlbəttə ki, şagirdlərin eyni görünməsində pis heç nə yoxdur. Əksinə, əgər hamı vahid və milli dəyərlərimizə uyğun şəkildə görünəcəksə burada razılaşmayası nə var ki?! Amma...
Dövlətimiz hər bir vətəndaşın təhsil hüququnu və bundan az olmayaraq, vicdan azadlığını tanıyır. Deməli, hər kəs öz dini seçimində və dininin dəyərlərinə uyğun görünməkdə azaddır. Bəs nə üçün əziz şagirdlərimiz, yaxud onların valideynləri bu iki doğal və konstitusion hüquqlar arasında seçim etməlidir? Axı nə üçün bütün sivil ölkələrin təhsil ocaqlarında insanların əqidə azadlıqlarına və bunu əks etdirən geyimlərinə hörmət və anlayışla yanaşıldığı halda mənim vətənimdə, əhalisinin 90%-dən də artığı müsəlman olan bir ölkədə islami geyim tərzinə, daha doğrusu onun vacib atributuna qarşı bu qədər dözümsüz münasibət var? Axı hicab nə vaxtdan məktəbli fomasının görünüşünə əngəlmiş?
Bunları düşünürdüm ki, təsadüfən İnternetde gözümə bir şəkil sataşdı. Şəhərimizin mərkəzi məktəblərindən birinin açılışı... İbtidai sinif...hər kəs səliqəli və vahid formada. Qəribə heç nə yoxdur, amma şagirdlərin bir çoxunun başlarında gəzdirdikləri "dini atribut" - "kipa" adlanan dini başörtüsü nəzərimdən qaçmadı. Əlbəttə ki, bu "simvol"un məktəbli formasına uyğunsuzluq gətirməsini deyə bilmərəm. Yəqin bu da bir "özünü ifadə formasıdır" - kimi düşündüm. Lakin bununla belə təhsil nazirliyinin hicab yasağı barədə söz-söhbətinə dair cavabsız müəmmalarımın üzərinə bir neçəsi də əlavə olundu. Demə bizim müsalman balalarımız öz hicablarını dərk etmirlərmiş, digər konfessiyalar isə anlayırmiş... Bizim valideynlər övladları üçün məsləhət bildiklərini seçəndə "zorla edirlərmiş , onlar isə....
Bu suallarıma yalnız bir cavab tapdım. Utandırıcı və ədalətsiz bir cavab - bu, dini çoxluğa qarşı qeyri-tolerantlıqdan və ayrı-seçkilikdən başqa bir çey deyil.
Комментариев нет:
Отправить комментарий