четверг, 3 марта 2011 г.

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Türkiyənin prezidenti Abdullah Gül ötən gün Mübarəkin devrilməsindən sonrakı Misirə ilk səfərini etdi.(yenisafak) Misirin baş naziri Əhməd Şəfiq istefa verdiyindən Abdullah Gülü ölkənin xarici işlər naziri və müdafiə naziri qarşılayıb. Hava limanında rəsmi qarşılanma mərasimindən sonra Gülü müdafiə naziri Məhəmməd Tantavi qəbul edib. Tantavi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Abdullah Gül deyib ki, Hüsnü Mübarəkin istefasından sonra ölkənin idarəçiliyini əlinə almış Misir ordusu ölkədə demokratik dəyişikliklər etməyə hazırdır. Ali Şura demokratiyaya keçid niyyətini təsdiq edib. Hesab edirik ki, bu proses elə yekunlaşmalıdır ki, Misir xalqının bütün gözləntilərini doğrultsun. Misir demokratik, parlamentar və konstitusion sistem qurmalı və bu proses sona yetdikdən sonra Misir regionun ən güclü dövləti, Misir xalqı isə regionun ən xöşbəxt xalqı olmalıdır.
Abdullah Gül İsrail rejiminə də Misirdən mesaj verib. O, İsrail rejiminə xəbərdarlıq edərək deyib ki, bölgədə gedən prosesləri ilk növbədə İsrail rejimi ciddi təhlil etməlidir.
Abdullah Gül, həmçinin müsəlman ölkələrinə Misirdən mesaj verməyi də unutmayıb. O, üzünü İslam ölkələrinə tutaraq bunları deyib: "Əslində, bütün İslam ölkələrində islahatlara ciddi ehtiyac var. Biz uzun müddətdir bunu deyirik. İlk dəfə 2003-cü ildə İranın paytaxtı Tehranda keçirilən İslam Konfransı Təşkilatında demişdik. Öz ölkəmizdə uzun müddətdir çox köklü islahatlar aparırıq. Bunun nəticəsində hər kəs görür ki, Türkiyə daha güclü vəziyyətə gəlib"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Mübarəksiz Misirdə Abdullah Gül: "Bölgədə gedən prosesləri İsrail ciddi təhlil etməlidir"

Комментариев нет:

Отправить комментарий