четверг, 3 марта 2011 г.

London İqtisadiyyat Məktəbinin rəhbəri Qəzzafi ilə əlaqəsinə görə istefa वेरिब.

London İqtisadiyyat Məktəbinin rəhbəri Xovard Devis Liviya lideri Müəmmər Qəzzafinin ailəsi ilə əlaqəsinə görə istefa verib.
BBC-nin verdiyi məlumata görə, Xovard Devis təhqiqat aparılması üçün Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslamın rəhbərlik etdiyi fonddan 300 min funt alıb.

Xovard Devis ictimaiyyət üçün yaydığı açıqlamada bildirib ki, Liviyaya səfərindən təəssüflənir və bunu şəxsi səhv sayır. O, London İqtisadiyyat Məktəbinin imicinə ziyan vurmamaq üçün postunu tərk etmək barədə qərar qəbul etdiyini vurğulayıb.

Комментариев нет:

Отправить комментарий