вторник, 4 января 2011 г.

Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycan teleməkanında əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək.

İslahatlar telekanalın həm də verilişlərində və onların məzmununda da aparılacaq. Belə ki, bir neçə verilişlərin dayandırılması, bəzilərinin adının, məzmununun dəyişdirilməsi nəzərdə tutulur.

Telekanalın şou-biznes məzmunlu, qalmaqallı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət xəbərləri ilə əvəzlənməsi gözlənilir.

Bu gün məlumat verdiyimiz kimi, bağlanması gözlənilən verilişlərdən biri kimi «ATV maqazin» verilişinin də adı çəkilir. Lakin verilişin aparıcısı İlkin Həsəni Milli.Az xəbər portalına açıqlamasında bunu təkzib edib və verilişinin əvvəlki axarında davam edəcəyini deyib. Amma İlkin ATV-də aparılan dəyişiklikləri təsdiqləyib.

«Mən artıq 8 ildir ki bu verilişin aparıcısıyam. Veriliş indi də fəaliyyətini davam etdirir və hər həftə öz vaxtında, öz saatında efirə çıxacaq. Sadəcə olaraq «ATV Maqazin»in də bağlananlar sırasında adının çəkilməsi ola bilsin ki, telekanalda aparılan ümumi dəyişikliklərlə bağlıdır. Yəqin ona görə bu verilişi də onların sırasına «qatıblar». Çünki ATV-də bu ildən etibarən bir sıra dəyişikliklər planlaşdırılır, yeniliklər gözlənilir. Bununla əlaqədar olaraq bəzi verilişlər bağlanacaq, bəzilərinin ola bilsin adı, ya aparıcısı dəyişdiriləcək. Təxminən 5-6 verilişin dayandırılması gözlənilir. Amma buna artıq rəhbərlik qərar verəcək» - deyə İlkin Həsəni bildirib.

O, təmsil olunduğu telekanalda mədəniyyət xəbərlərinə üstünlük veriləcəyini, qrafikal dəyişikliklər edildiyini, loqonun dəyişdirildiyini təsdiqləyib.

Qeyd edək ki, bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu «Burada və indi» (keçmiş «Çal-çağır» verilişi) adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, «Sən tək deyilsən» verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək «Səni axtarıram» olacaq. Qısa müddətlik fasilədən sonra yeni adla, yeni formatda efirə çıxacağı gözlənilir.

Bağlanılması planlaşdırılan verilişlərdən birinin - «Onun yarısı»nın isə yüksək reytinqini nəzərə alıb, yenidən bərpa edilməsi gözlənilir.
musavat.com











Комментариев нет:

Отправить комментарий