четверг, 15 марта 2012 г.

GENERALİSSİMUS NƏ RÜTBƏDİR?
13 mart 2012 [20:14]


Generalissimus dünyada ən yüksək ali hərbi rütbədir. Bəzi ölkələrdə bu hərbi rütbə bir neçə hərbi qalibiyyətə malik olan və bəzən də kral sülaləsindən olan dövlət məmurlarına verilirdi. 1569-cu ildə ilk dəfə bu rütbəni Karl IX 18 yaşlı qardaşı Kral III Henrixə təqdim etmişdi. Ondan sonra bu rütbə 30 nəfərdən çox adama verilmişdi. Onların sırasında:

1. Hersoq Q.de Giz (1550-1588) /qeyd edək ki, hersoq - Avropada yüksək zadəgan rütbələrindən biri idi/;

2. Şəhzadə L. Konde (1621-1688);

3. Hersoq A. Rişelye (1696-1788);

4. Qraf Alberxt Vallenşteyn (1583-1634) /qraf – hüesoq rütbəsindən bir az kiçik, baron titulundan yüksək olan zadəgan titulu idi/;

5. Şahzadə Yevgeni Savoyskiy (1663-1736);

6. Knyaz Raymondo Montekukkoli (1609-1680) /knyaz – yüksək zadəgan tituludur/;

7. Qraf Ernest Qideon Laudon (1716-1790);

8. Knyaz Karl Filip Şvarsberg (1771-1820)

9. Ers-hersoq Karl (1771-1847) /ers-hersoq – Avstiyada şahzadələrə verilən titul idi/;



Rusiyada isə, bu rütbə birinci dəfə Birinci Pyotr tərəfindən A.S. Şeynə (1662-1700) 28 iyun 1696-cı ildə Azov yürüşunə görə verilmişdi. 1716-cı ildə I Pyotr rəsmi olaraq bu yüksək hərbi rütbəni hərbi nizamnaməyə salır. 1727-ci ilin may ayında I Pyotr öz uşaqlıq dostu knyaz A.D. Menşikova generalissimus rütbəsi verir. Məşhur sərkərdə A.V.Suvorov (1729-1800) isə generalissimus rütbəsini 1798-ci ildə hərbi nizamnaməyə uyğun olaraq alır.

Sovet İttifaqında 1945-ci ildə bu rütbə Ali Sovetin Rəyasət heyətinin fərmanı ilə təqdim edilirdi. Amma bu, çox nadir hal daşıyırdı.

1945-ci ilin iyun ayında Ali Sovet Rəyasətinin başçısı İ.V. Stalin (1879-1953) bu rütbəni alır. İ.V. Stalinin səlahiyyəti çatırdı ki, geniralisimus titulunu istənilən şəxsə versin, amma özü-özünə verə bilərdimi? Buna cavab çox asandır, Ali Sovet Rəyasət heyəti İ.V. Stalinin tabeçiliyində idi. Bundan sonra SSRİ-də generalissimus titulunu daşıyan insan olmayıb.

Amma bu titul hər ölkədə verilmir, çünki hər ölkənin özünəməxsus rütbələri, titulları, qanunları var.



Muhəmmədfərəc Əli, 13 yaş

Комментариев нет:

Отправить комментарий