понедельник, 21 ноября 2011 г.

QƏTIYYƏT və QƏRARLILIQ




“İnsanin üz cizgiləri onun iradə və qətiyyətindən xəbər verir. Xasiyyəti - onun üzündən, rəftar və danışığından görünür.

İnsan başqa canlılar kimi iradə qüvəsinə malikdir. Heyvanda olan iradə onun instinktindədir. Amma insanin iradəsi onun ağlına tabe olmalıdır. Belə olan halda, bir işi görməmişdən əvvəl, o iş haqqında səbirlə və təmkinlə fikirləşib beyinlə bəyəndikdən sonra həmin işi tam qətiyyətlə həyata keçirməlidir. Bilməliyik ki, iş nə qədər çətin olarsa, o qədər də möhkəm iradə tələb edir.

Müvəffəqiyyətin rəmzi - insanın çətinliklərini möhkəm iradə ilə aradan qaldırılmasıdir. İradəli adamlara həmişə başqaları hörmət edir. Yəni onlar həmişə başqalarının təcavüzündən amanda olurlar, iradəsi zəif olan insanlar həmişə sui-istifadə edənlərin təcavüzünə məruz qalırlar. Tərəddüd müvəffəqiyyətin bəlası və zəifliyin bariz numunəsidir. Şübhə dahiliyə büyük zərbə vurur.

Makedoniyali İskəndər deyirdi: "Mənim müvəfəqiyyətimin sirlərindən biri də qətiyyət və qərarımı icra etməyimdir. Qərara aldıqdan sonra tərəddüddən uzaq olmuşam".

Dünyanin hərbi dahiləri olan Teymurləng, Napoleon və Nadir şah gec gərara gəlirmişlər. Amma bir qərara aldıqdan sonra gərarlarından dönmürmüşlər. Qərarli insanlar ona "hazır ol" komandası verilən əsgərə bənzəyir. O hadisələrin pişvazına çıxır. Çətinliklər onu hədəfə çatmaqdan çəkindirmir. Hədəf yolunun acılıqları mümkünləri ona qeyri-mümkün kimi göstərmir.

Höte (böyük alman alimi) deyir: "İradəli insan dünyanı istədiyi kimi dəyişər".

İmam Əli (ə) ilə əhd sındıranlar arasında baş verən Cəməl müharibəsində İmam Əli (ə) bayrağı oğlu Muhəmməd Hənifəyə verir. Həzrət (ə) onun iradəsini gücləndirmək üçün ona buyurur: "Bəsrənin ətraf dağları yerindən qopsa belə, sən yerindən tərpənmə. Dişlərini bir-birinə sıx, iradə və qətiyyətin daxilən coşsun. Başını Allah yolunda əmanət ver. İti əsgər gözlərinlə düşmənin hərəkətini meydanda nəzarətdə saxla. Qəzəbini bütün sıxıntılarda ud. İradənin qüdrəti və xüsusi qətiyyətlə hər şeyə qöz yum. Bil! Son qələbə Allahındır.

Bizim vəzifəmiz budur ki, bizə göstərdiyi yoldan daxil olaq. (“Nəhcül-bəlağə”, 10-cu xütbə).

Həzrət Əli - (ə) qətiyyət və güclü iradənin böyuk təzahürüdür. Həzrət Əli (ə) hakimlərdən birinə yazdiği məktubda belə buyurur: "Allaha and olsun, əgər ərəblərin hamısı mənim ziddimə səfərbər olsalar, mən hec vaxt onlara arxa çevirmərəm”. (“Nəhcül-bəlağə”, 45-ci məktub)

Biz təbii sərvətlərdən, ağıl və zəkadan o vaxt bəhrələnə bilərik ki, məğlubedilməz iradəyə sahib olaq. Çünki insan ancaq sarsilmaz iradə ilə bunlardan yetərincə faydalana bilər.

Özunəinam insan ağlının rəhbərliyi, iradənin güclü və qətiyyətli qərarla bir işi təqib etməsi və özunü bu işi görməyə qadir bilib, iradəni süst edən təlqinlərdən uzaq tutmalıdir. Səyyahlar, müsbət insanlar "olmur" və "bacarmıram" sözlərini öz həyatlarından, lüğətlərindən silən şəxslər olublar. Onlar hər seyə ağlın rəhbərliyi ilə "olur" və "bacarıram" pəncərəsindən baxırlar. Zəif iradəli insanlar faydalı iş görməməklə yanaşı, başqalarına da mane olurlar. Belələri içindəki qüvvələrini işin inkişafının qarşısını almağa və maneə törətməyə sərf edirlər.

İradəni gucləndirən amillərdən biri isə eşq və şövqdür. İnsan ilk öncə calışmalıdir ki, özundə işə məhəbbət yaratsın, yuxuda və oyaqlıqda hədəfdən başqa bir şey görməsin. Ixtiyarsız olaraq fikri həmişə işə yönəlməlıdir. İradəsiz insanlar böyük çay qərar tutan kağıza bənzəyir. Onlar özlərindən belə kiçik iradə nümayiş etdirə bilmirlər. İradəli insanlar isə, mahir üzgüçülər kimi iradə və fiziki güc işığında suyu yararaq istədikləri yerə gedirlər.

Napoleon deyirdi: "Olmur sözünü həyat lüğətindən və sözlükdən silmək lazımdır". O, olmur, bacarmıram və bilmirəm sözlərini eşidəndə ürəyi sıxılır və deyir: "İstə, olar".

Problemlərin çoxu iradənin qüdrəti ilə həll olunur.

Hər bir insan öz iradəsini və əqlini nəzarətdə saxlaya bilsə, deməli o insan qətiyyətlidir”. (Dr.Cəfər Sübhaninin “Necə uğur qazanmalı” kitabından)

...Bizimdir yüksəliş, bizimdir qanad;

Bizimdir mətanət, bizimdir səbat...

(M.Müşviq)

İnsan iradə edəndə bir çox şeyə nail olur. Amma bu, ona çox çətin başa gəlir, çünki o, öz beynində formalaşdırıb ki, həmin ona çətindir. O gərək "bacarmıram, çətindir" sözlərini öz leksikonundan silməlidir. İnsanin iradəsi əqli ilə bağlıdır. O, öz beynində “çətindir” sözünü “asandır” sözünə dəyişməlidir. Bəli, bunu etmək asan deyil. Amma insan iradə etməli, hər gün bircə addım da olsa, irəli getməlidir. Allah da onun bu səylərinə bərəkət verər. Nəticədə bir gün yetişər ki, insan özündə geriyədönməz dəyişikliklər edə bilər. O, qətiyyətli və qərarlı bir duruma gəlib çatar.

Hazırladı: Muhəmmədfərəc İsa, 13 yaş.



Комментариев нет:

Отправить комментарий